Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Heyvanlar zəlzələni öncədən hiss edə bilərmi? – Elm cavab verdi

Heyvanlar zəlzələni öncədən hiss edə bilərmi? – Elm cavab verdi

İllərdir zəlzələlərlə bağlı insanlar arasında bəzi inanclar formalaşıb: deyirlər ki, heyvanlar zəlzələni öncədən hiss edə bilir. Bəs görəsən bu fikrin təməlində nə dayanır? Həqiqətən, heyvanlar zəlzələni əvvəlcədən hiss edə bilərmi? Yoxsa, bu fikir əsası olmayan bir inancdır? Bu suallar qarşısında elmin nə cavab verdiyinə nəzər salaq.

 United States Geological Survey (USGS) – ABŞ Geoloji Tədqiqatlar Qurumu zəlzələdən öncə ilanların və quşların qəribə davranışları ilə bağlı bir çox faktın qeydə alındığını vurğulayır.

Qurumun internet saytındakı məqalədə bənzər faktın ortaya çıxmasının eramızdan əvvəl 373-cü ilə qədər uzandığı bildirilir.

Elm adamlarının bu mövzuda çoxsaylı araşdırmalar apardığını vurğulayan qurum, belə bir əlaqənin hələ elmi cəhətdən sübut olunmadığını söyləyir.

Eyni yazıda, zəlzələdən yayılan dalğaların heyvanlar tərəfindən insanlardan qabaq hiss edilməsinin heyvanların zəlzələdən bir neçə saniyə əvvəl qəribə davranışlar sərgiləməsinə səbəb olduğu bildirilir.

Ancaq bu, zəlzələni əvvəlcədən hiss etmək anlamına gəlmir. Heyvanlar başlamaqda olan zəlzələni insanlardan qabaq qavrayır və buna görə də, bir neçə saniyə əvvəlcədən reaksiya verirlər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi