Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Paytaxtda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri tikilir

Paytaxtda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri tikilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakıda bir neçə yerdə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır. Hazırda isə paytaxtın 5 ərazisində piyada keçidləri inşası edilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu piyada keçidlərindən biri Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçididi. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.

Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidinin tikintisinin 80 faiz yerinə yetirilib. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində yerüstü piyada keçidinin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidində isə hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır. Xətai rayonunun Neapol küçəsindəki yerüstü piyada keçidinin tikinti işlərinin 65 faizi yerinə yetirilib.

Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etməkdir.

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə başlanılıb.

Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində Hökməli dairəsinin yaxınlığındadır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5,5 metr təşkil edir.

Daha iki keçidin - Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu kilometrində, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivindəki keçirlərin inşasına başlanılıb. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 metr, eni isə 4 metr olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi