Tullantıların emalı nəticəsində istanbulluların gedişhaqqı kartlarına 180 minə yaxın türk lirəsi yüklənib

Dünyada tullantı emalı yüksək olan ölkələrdən biri də Türkiyədir. Tullantılarla mübarizə məqsədlə ölkədə 2018-ci il oktyabrın birindən etibarən "Sıfır Atıq" kampaniyası keçirilir.
Kampaniya çərçivəsində bütün ölkədə olduğu kimi, İstanbulun müxtəlif bölgələrində də plastik və alüminium əşyaların toplandığı konteynerlər yerləşdirilib. Bu konteynerlərə atılan əşyalar müqabilində vətəndaşların nəqliyyatda gedişhaqqı kartlarına pul vəsaiti yüklənir.
Layihə çərçivəsində bu günədək İstanbulda toplanan 3.4 milyon plastik şüşə və 675 min alüminium əşyalar yenidən emal edilib ki, bunun da müqabilində istanbulluların gedişhaqqı kartlarına 179 min 540 türk lirəsindən artıq pul vəsaiti yüklənib.
Kampaniya çərçivəsində ölkədə əhalinin məlumatlandırılması məqsədilə mütəmadi olaraq tullantıların təbiətə vurduğu zərər barədə təlimlər də keçirilir.
Qeyd edək ki, elm adamlarının hesablamalarına görə, təbiətə atılan şüşə butulkalar 4 min, plastik əşyalar, sintetik yapışdırıcı maddələr, telefon kartları, kasetlər və su boruları 1000, balıq toru 600, uşaq bezi 550, alüminium 100, saqqız isə 25 ilə təbii yollarla çürüyür. Bu da təbii olaraq ekoloji baxımdan dünyanın gələcəyini böyük təhlükə altına salır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

