Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Almaniya memarlığının incisi - Hayligenberq qəsri

Almaniya memarlığının incisi - Hayligenberq qəsri

Almaniyanın Hayligenberq qəsri İntibah üslubunda tikilib və Hayligenberq ərazisində yerləşir. Memarlar özlərinin gələcək yaradıcılıq əsəri üçün dəniz səviyyəsindən 730 metr hündürlükdə yerləşən qayalıq yaylanı seçiblər. Buradan aşağıdakı Lintsqau bölgəsinə, Boden gölünün hamar, güzgülü səthinə və Alpın “ağarmış” zirvələrinə vəsfəgəlməz mənzərə açılır.

Qəsrin əsası XIII əsrə aid edilir. Heç bir varisi olmayan, əfsanəvi qraf Bertold fon Hayligenberq həmin dövrdə qəsr tikməyi əmr edir. Onun fikrincə bu qəsr eyniadlı qraflığın mərkəzi olmali idi.

Qəsr 1277-ci ildə qraf Quqo fon Verdenberqə satılır. Yeni sahibin vərəsələri – Verdenberq-Hayligenberq qraflarının dövründə qəsr əhəmiyyətli dərəcədə genişləndirilib. 1516-cı ildə qrafinya Anna fon Verdenberq və qraf Fridrix su Fürstenberq evləndikdən sonra Hayligenberq Fürstenberq nəslinin malikanəsinə keçib və indiki gündə də onlara məxsusdur.

Qraf İoahim Fürstenberqin dövründə qəsr əsaslı şəkildə bərpa edilib. O, yeni İntibah üslubunda dəyişdirilib. Qəsr hətta knyazlıq iqamətgahından da dəbdəbəli görünürdü. Burada daxili həyət yenilənib və böyük qəbul zalı olan cənub tərəf tikilib. Həmçinin qəsrin orta əsrlərə aid qədim fasadı da dəyişdirilib. Nəticədə Hayligenberq özünün indiki zahiri görkəmini alıb.

XVI əsrin ortalarında içəri otaqlarda “Cəngavər zalı” düzəldilib. Bu, sonrakı alman İntibah dövrünün ən dəbdəbəli və bu günümüzədək gəlib çıxan zallarından biridir. Zəngin tərtib edilmiş qəsr kapellası daha əvvəl Konstansada, dominikanlıların kilsəsində yerləşən XIV əsrin vitraj şüşələri ilə bəzədilib.

1598-ci ildən sonra qəsr idarəetmə mərkəzi tədricən Donaueşingenə yerləşən Fürstenberqlərin daimi iqamətgahı kimi daha istifadə olunmadı. Malikanədə yalnız ara-sıra məskunlaşırdılar.

Hayligenberq qəsri alman İntibah dövrünün ən əhəmiyyətli memarlıq abidələrindən biridir. O, Fürstenberqlərin şəxsi malikanəsi olmaqda davam edir. Ziyarət üçün yalnız bəzi otaqları, ilk növbədə, “Cəngavər zalı” və qəsr kapellası açıqdır. Qəsrin bu hissələrini də yalnız yay fəslində ziyarət etmək mümkündür.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi