Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

BMT-nin araşdırmalarına görə, dünyada hər il təxminən 50 min qadın həyat yoldaşı və ya ailə üzvlərinin zorakılığı nəticəsində həlak olur. 2017-ci ildə isə planetimizdə 87 min qadın qətlə yetirilib.

"Antenn.az" "AZERTAC"-a istinadla xəbər verir ki, bu məlumat BMT-nin Vyanada yerləşən Narkotiklər və Cinayətkarlıq İdarəsinin yaydığı hesabatda yer alıb. Hesabatda bildirilir ki, qətlə yetirilən qadınların mütləq əksəriyyəti hazırkı və ya keçmiş əri, ata, qardaş, ana, bacı və ya digər yaxın qohumlarının zorakılıq cinayətlərinin qurbanı olub. Həyat yoldaşları tərəfindən törədilən qətl əməllərinin digərlərindən əsas fərqi ondan ibarətdir ki, bu cinayətlər qəfil və affekt vəziyyətində deyil, uzun müddət davam edən məişət zorakılığı spiralının son nöqtəsini təşkil edir.

Hesabatda qeyd edilir ki, məişət zəminində törədilən cinayətlər zamanı ən çox qətl hadisəsi Asiya qitəsində olub. 2017-ci ildə burada təxminən 20 min qadın və qız uşağı ailə üzvləri tərəfindən qətlə yetirilib. Sonrakı yerlərdə Afrika (19 min), Amerika (8 min), Avropa (3 min) və Okeaniya (300) dayanır.

Həmçinin göstərilir ki, 2017-ci ildə dünyada ümumilikdə 464 min insan adamöldürmə cinayət əməlinin qurbanı olub. Qətl və döyərək öldürmə cinayətləri nəticəsində dünyada ölən insanların sayı silahlı münaqişələrdə ölənlərdən çox olub. Rəsmi statistikaya görə, 2017-ci ildə silahlı münaqişələr nəticəsində dünyada 89 min insan həlak olub.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi