Onlayn platformalar nifrət yayan paylaşımları məhkəmə qaydasında bütün dünya üzrə silməli olacaqlar

Avropa Ədalət Məhkəməsinin qərarına əsasən, “Facebook” gələcəkdə nifrət yayan paylaşımları, eləcə də hərfi və mənaca qanunazidd şərhləri bütün dünya üzrə silməyə məcbur edilə bilər.
Avstriya Yaşıllar Partiyasının keçmiş sədri Eva Qlavişniqin şikayəti əsasında məsələyə baxan məhkəmə belə bir silinmənin yalnız məhdud ərazi və ya ölkələrdə həyata keçirilməli olmadığı qənaətinə gəlib. Qərarda bildirilir ki, Avropa İttifaqının qanunvericiliyi belə bir qadağanın bütün dünyaya şamil edilməsini əngəlləmir.
Qeyd edək ki, 2017-ci ildə E.Qlavişniqin “Facebook” sosial şəbəkəsindəki səhifələrin birində dərc olunmuş fotosunun yanında “Yaşıllar: Qaçqınlar üçün minimum gəlir vəsaiti saxlanılmalıdır” cümləsi dərc olunmuşdu. Həmin səhifədə keçmiş siyasətçinin ünvanına çoxlu sayda təhqiredici və nifrət yayan şərhlər yazılmışdı. Buna cavab olaraq Avropa Ədalət Məhkəməsinə müraciət edən E.Qlavişniq bu şərhlərin yalnız müəyyən ölkələr üzrə deyil, ümumilikdə bütün dünya üzrə silinməsinə nail olub.
Presedent rolunu oynayan bu qərar gələcəkdə onlayn platformalarda yayılan nifrət dolu paylaşım, şərh və yazıların silinməsi üçün əsas yarada bilər. Avropa Ədalət Məhkəməsinin qərarları hakimlər üçün icbari xarakter daşımasa da, praktikada presedent qərarlara istinadlar əksəriyyət təşkil edir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

