Bu ölkədə ilk selfi muzeyi açılıb

Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.
“İncəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək “nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.
ABŞ və Asiya ölkələrində oxşar muzeylərdən ilhamlanan gənc memarlar açılışdan öncə bildiriblər ki, onlar rəngarəng fonlar sayəsində muzeyə gələnlərə estetik özçəkimlər imkanı təqdim etməyə çalışıblar. Həmçinin qeyd edilib ki, muzeyin zirzəmisində quraşdırılmış iki proyektor divarda müxtəlif simvollardan ibarət interaktiv görüntülər yaradır və belə fon qarşısında foto çəkdirənlərin sayı çox olacaq.
Təşkilatçılar həmçinin bildiriblər ki, foto motivləri zaman keçdikcə dəyişəcək, qarşıdan gələn Milad bayramı ilə əlaqədar Yeni il əhvalına uyğun arxa fonlardan istifadə ediləcək. Yarım ildən sonra muzey Vyanada fəaliyyətini dayandıracaq və Avropa şəhərlərindən birində açılacaq.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

