Microsoft xəbərlər üçün şərh yazan süni intellekt sistemini istifadəyə verib

Microsoft şirkəti xəbərlər üçün şərh yazan “DeepCom” süni intellektli sistemi istifadəyə verib.
Microsoft xəbər mətnlərinin altında şərhlər yarada bilən bot hazırlayıb. DeepCom kimi tanınan süni intellekt, Microsoft şirkəti və Çinin Beyxan Universitetinin mühəndislər qrupu tərəfindən hazırlanıb.
“Xəbərlərə şərhlərin avtomatik yaradılması real əlavələr üçün faydalıdır, lakin hələ tədqiqat cəmiyyətləri tərəfindən kifayət qədər diqqət cəlb etməyib”, – deyə botun müəllifləri bildiriblər.
Məqalələrin altında şərhlərin generasiyası real oxucularda maraq oyada bilər. Layihə müəllifləri hesab edirlər ki, açıq dialoq insanlara öz fikirlərini müzakirə etməyə və yeni informasiyaları bölüşməyə imkan verir.
Lakin DeepCom-un bir çox potensial çatışmazlıqları mövcuddur. Məsələn, cəza rejimləri bu modeldən təbliğatın aparılması üçün istifadə edə bilərlər. Yaradılmış saxta şərhlər, həmçinin botlar və insanların arasında mübahisələrin başlamasına və nəticədə dezinformasiyanın yayılmasına səbəb ola bilər. Cinayətkarların botlardan məhsulların reklamı və ya spamın yerləşdirilməsi üçün istifadə etməsi də mümkündür.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

