Bu gün ilin Nobel mükafatı laureatlarının adları açıqlanacaq

Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mükafatı laureatları elan olunacaq.
Əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.
Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.
Qeyd edək ki, 2019-cu il üzrə Nobel mükafatları laureatlarının elan olunması maraqlı bir özəlliklə fərqlənəcək. Belə ki, bu il həm 2018, həm də 2019-cu illər üzrə ədəbiyyat laureatların adları elan olacaq. Bu hal onunla bağlıdır ki, keçən il, Nobel mükafatını təqdim edən orqan İsveç Akademiyasında baş vermiş qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmən il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salması haqda qərar verilib.
Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi dekabrın 10-da tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholm və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

