Nobel mükafatına layiq görülən Peter Handke kimdir?

Ədəbiyyat sahəsində 2019-cu il Nobel mükafatına avstriyalı yazıçı Peter Handkenin layiq görülməsi onun öz vətənində də birmənalı qarşılanmayıb.
Elfride Yelinekdən (2004) sonra ikinci avstriyalı ədibin bu yüksək mükafata layiq görülməsi ölkə mətbuatında mühüm hadisə kimi dəyərləndirilib. Bununla belə, laureatla bağlı tənqidi fikirlər də yetərincədir. Belə ki, onun 1990-cı illərdə Balkan müharibəsi zamanı Serbiyanın lehinə fikirlər səsləndirməsi, Slobodan Miloşeviçin dəfnində iştirakı uzun illər keçməsinə baxmayaraq, hələ də mətbuatın nəzərindədir. Yazıçı ciddi tənqidlərə tuş gələn mövqeyini heç vaxt dəyişməyə cəhd göstərməyib.
Bəs onda Nobel Komitəsinin qərarı necə əsaslandırılıb? Rəsmi açıqlamada bildirilir ki, Peter Handke dil üslubunun dahiliyi əsasında əyalət həyatı və insanın güzəran təcrübəsini araşdıran müfəssəl yaradıcılıq irsinə malikdir. Ədəbi külliyyatı 11 min 400 səhifəlik nəsr əsərlərindən ibarət olan yazıçı hələ ötən əsrin 60-cı illərində oxucuların diqqətini özünə cəlb edə bilib.
1942-ci ildə Avstriyanın Karintiya (Kärnten) əyalətində doğulan P.Handke ədəbiyyat aləmində debütünü 1966-cı ildə “Sarıca arılar” romanı ilə edib. Romanlarla yanaşı, teatr üçün pyeslər də yazan P.Handke İkinci Dünya müharibəsindən sonra Avropa ədəbi məkanında özünə yer tuta bilib. Nobel Komitəsi 76 yaşlı yazıçını “ədəbiyyat səhnəsinə öz möhürünü vurduğuna görə” bu nüfuzlu mükafata layiq bilib.
Çoxları kimi, yazıçının özü üçün də Nobel mükafatı gözlənilməz olub. Mükafatla layiq görüldüyü barədə məlumat verilərkən, çox mütəəssir olan yazıçı yalnız “Bu həqiqətdirmi?” deyə bilib.
Hələ 2014-cü ildə ədəbiyyat üzrə Nobel mükafatını tənqid edən yazıçı dekabrın 10-da Stokholmda keçiriləcək təqdimat mərasimində iştirakını da təsdiqləyib.
Yarım əsrdən artıq məhsuldar ədəbi yaradıcılığı ərzində müxtəlif ədəbi janrlara (esse, roman, pyes, ssenari və s.) müraciət edən P.Handke öz dili və ədəbi ifadə tərzi ilə seçilir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

